...

Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

Dünya xəbərləri Materials 18 Mart 2020 15:24 (UTC +04:00)
Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbs müddətini uzadıb
Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

Bakı. Trend:

Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbs müddətini uzadıb.

Trend-in məlumatına görə, G.Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Əvvəlki həbs cəzaları da nəzərə alınmaqla, onun cəza müddəti 2015-ci ilin avqustundan hesablanacaq.

Gülnarə Kərimova təxminən 174 milyon dollar məbləğində vəsaiti dövlət büdcəsindən mənimsəməkdə təqsirli bilinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti