...

İranda məhbusların müvəqqəti azadlıq müddəti uzadılıb

Dünya xəbərləri Materials 24 Mart 2020 12:57 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda koronavirusla əlaqədar məhbusların müvəqqəti azadlığa buraxılması ilə bağlı müddət uzadılıb.

Bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

H.Ruhaninin sözlərinə görə, bu müddət hələlik 19 aprelədək uzadılıb.

Ruhani əlavə edib ki, bundan öncə müvəqqəti azadlıq 3 aprelədək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, İranda yeni koronavirusun yayılması ilə əlaqədar 85 min məhbus müvəqqəti olaraq azadlığa buraxılıb.

Əlavə edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (16 mart) 14 991 nəfərin yeni koronavirusa yoluxduğunu, 853 nəfərin öldüyünü, 4 996 nəfərin sağaldığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti