...

Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb

Dünya xəbərləri Materials 3 Aprel 2020 11:34 (UTC +04:00)
2020-ci yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalaraq 482,667 milyon dollara bərabər olub
Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalaraq 482,667 milyon dollara bərabər olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,1 faizini təşkil edib.

Mart ayında Türkiyə 141,818 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 49,8 faiz azdır.

Son 12 ay ərzində (mart 2019 – mart 2020) Türkiyə 2,608 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti