...

Folklend adalarında ilk koronavirusa yoluxma halı aşkarlanıb

Dünya xəbərləri Materials 4 Aprel 2020 04:17 (UTC +04:00)
Folklend adalarında ilk koronavirusa yoluxma halı aşkarlanıb

Bakı. Trend:

Folklend (Malvin) adalarında COVİD-19 virusuna ilk yoluxma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə adaların hakimiyyəti "Twitter" səhifəsində xəbər yayıb.

"Folklend adalarında COVİD-19 virusuna yoluxma halı təsdiqlənib. Koronavirus testi müsbət nəticə göstərən pasient xəstəxanada təcrid olunub", - məlumatda deyilir.

Folklend (Malvin) adaları - Atlantik okeanının cənub-qərb hissəsində yerləşən, iki böyük - Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarət ərazidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti