...

Yaponiyada fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 7 Aprel 2020 13:50 (UTC +04:00)
Yaponiyanın Baş naziri Sinzo Abe paytaxt Tokioda, Osaka şəhərində, eləcə də digər 5 prefekturada fövqəladə vəziyyət elan edib
Yaponiyada fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Yaponiyanın Baş naziri Şinzo Abe paytaxt Tokioda, Osaka şəhərində, eləcə də digər 5 prefekturada fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, fövqəladə vəziyyət aprelin 8-də qüvvəyə minəcək.

Bu qərarın bir ay müddətində qüvvədə olacağı deyilir.

Qərara əsasən, prefekturaların qubernatorları məktəbləri və iş yerlərini bağlaya biləcək.

Qeyd edək ki, bu günədək Yaponiyada 3 906 nəfər koronavirusa yoluxub, 92 nəfər həyatını itirib.

Bütün dünyada bu virusdan ölənlərin sayı isə 75 min nəfərə yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti