...

İranda koronavirusdan ölənlərin sayı 4500-ü keçib

Dünya xəbərləri Materials 13 Aprel 2020 13:35 (UTC +04:00)
İranda koronavirusdan ölənlərin sayı 4500-ü keçib

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda 19 fevraldan bu günədək (13 aprel) koronavirus (COVID19) nəticəsində 4 585 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində İranda bu virusdan daha 111 nəfər ölüb:

“Ötən 24 saat ərzində daha 1 617 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 73 303 nəfərə çatıb. Onlardan 3 877 nəfərin vəziyyəti ağırdır. İndiyədək 45 983 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 275 mindən çox test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti