...

Livan ordusu Tripolidə nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib

Dünya xəbərləri Materials 18 Aprel 2020 02:45 (UTC +04:00)
Livan ordusunun patrulları ilə etirazçılar arasında toqquşma Beyrutdan 90 km şimalda Tripolidə baş verib
Livan ordusu Tripolidə nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib

Bakı. Trend:

Livan ordusunun patrulları ilə etirazçılar arasında toqquşma Beyrutdan 90 km şimalda Tripolidə baş verib.

Trend-in məlumatına görə, bu barədə Lubnan 24 xəbər portalı bildirib.

Məlumata əsasən, hərbi qulluqçular onlara daş atan etirazçılara qarşı gözyaşardıcı qaz istifadə ediblər.

Qeyd edək ki, komendant saatı qüvvəyə mindikdən sonra yüzlərlə insan Livanın şimal paytaxtının mərkəzindəki Nur meydanına daxil olub. Bildirilib ki, yalnız az sayda etirazçıların üzündə qoruyucu maskalar olub.

Nümayişçilər hökumətdən qiymət artımını və milli valyutanın düşməsini dayandırmağı tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti