...

Türkiyədə koronavirusdan daha 115 nəfər ölüb

Dünya xəbərləri Materials 23 Aprel 2020 21:15 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 115 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2491 nəfərə çatıb.

Ölkədə 3 116 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 101 790 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 2 014 nəfər sağalıb, sağalanların ümumi sayı 18 491 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti