...

Çində koronavirusa daha 6 nəfər yoluxub, ölüm halı qeydə alınmayıb

Dünya xəbərləri Materials 24 Aprel 2020 06:45 (UTC +04:00)
Çində koronavirusa daha 6 nəfər yoluxub, ölüm halı qeydə alınmayıb

Bakı. Trend:

Çində ötən sutka ərzində yeni növ koronavirusa daha 6 nəfər yoluxub, ölüm halı qeydə alınmayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində koronavirusdan 50 nəfər, ümumilikdə isə ölkədə koronavirusa yoluxanların 93,3 faizi sağalıb.

Bildirilir ki, Çində 2019-cu ilin dekabr ayından koronavirusa 82,8 mindən artıq insan yoluxub, 4,6 mindən artıq ölüm halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti