...

Rusiyada koronavirusdan ölənlərin sayı 747 nəfərə çatıb

Dünya xəbərləri Materials 26 Aprel 2020 13:05 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 747 nəfərə çatıb

Bakı. Trend:

Rusiyada son sutka ərzində yeni növ koronavirusa daha 6 361 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 80 949 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa yoluxma halları ölkənin 85 regionunda qeydə alınıb. Ötən sutka ərzində 517 nəfər, ümumilikdə isə 6 767 nəfər koronavirusdan sağalıb.

Qeyd edilir ki, son sutka ərzində koronavirusdan 66 nəfər, ümumilkdə isə 747 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti