...

Fransada koronavirusdan ölənlərin sayı 24 594 nəfərə çatıb

Dünya xəbərləri Materials 1 May 2020 23:19 (UTC +04:00)
Fransada koronavirusdan ölənlərin sayı 24 594 nəfərə çatıb

Bakı. Trend:

Fransada yeni növ koronavirusdan ötən sutka ərzində 218 nəfər dünyasını dəyişib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon deyib.

Onun sözlərinə görə, Fransada koronavirusdan ölənlərin ümumi sayı 24 594 nəfərə çatıb.

J.Salomon qeyd edib ki, ötın sutka ərzində 668 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 130185 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti