...

Qazaxıstanda koronavirusa yoluxanların sayı 3 877 nəfərə çatıb

Dünya xəbərləri Materials 3 May 2020 11:01 (UTC +04:00)
Qazaxıstanda koronavirusa yoluxanların sayı 3 877 nəfərə çatıb

Bakı. Trend:

Qazaxıstanda yeni növ koronavirusa daha 20 nəfər yoluxub.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Almatı (4), Manqistausk (1), Qızılorda (4), Atırau (1), Aktyubinsk (6) vilayətlərində və Nur-Sultan şəhərində (4) qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 877 nəfərə çatıb. Ən çox yoluxma halları Almatı (1 278) və Nur-Sultan (686) şəhərlərində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti