Bakı. Trend:
İstanbulun Yeşilköy və Sancaktəpə rayonlarında koronavirus xəstələri üçün xəstəxananın inşası sürətlə davam edir.
Trend-in məlumatına görə, bu barədə öz Twitter səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.
Türkiyə lideri layihələrin ən qısa zamanda tamamlanacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, son sutka ərzində ölkədə 4545 nəfər koronavirusdan sağalıb.