...

Yaponiyada fövqəladə vəziyyət mayın 31-dək uzadıldı

Dünya xəbərləri Materials 4 May 2020 12:41 (UTC +04:00)
Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejimi mayın 31-dək uzadılıb
Yaponiyada fövqəladə vəziyyət mayın 31-dək uzadıldı

Bakı. Trend:

Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar elan edilən fövqəladə vəziyyət rejimi mayın 31-dək uzadılıb.

Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Sindzo Abe hökumətin iclası zamanı elan edib.

Ölkədə hazırda qüvvədə olan fövqəladə vəziyyət mayın 6-da başa çatmalı idi.

Xatırladaq ki, Yaponiyada aprelin 7-də bir ay müddətinə fövqəladə vəziyyət elan edilib.

Bu günədək Yaponiyada 14 800-dən çox koronavirusa yoluxma qeydə alınıb. Onlardan 487 nəfəri ölüb, 4 minə yaxın xəstə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti