Bakı. Trend:
Almaniyanın Berlin şəhərinin şimalında Tegel rayonunda böyük yanğın baş verib. Yanğın Florştrasse küçəsində olan anbarları əhatə edib.
Trend-in məlumatına görə, bu barədə Berlinin yanğınsöndürmə xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, 110 yanğınsöndürən hadisə yerində işləyir. Hüquq-mühafizə orqanları yaxınlıqdakı küçələri bağlayıblar. Hakimiyyət orqanları ətrafdakı evlərin sakinlərini pəncərə və qapıları bağlamağa çağırıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur.