...

ÜST dünya ölkələrində səhiyyə xərclərinin məbləğini hesablayıb

Dünya xəbərləri Materials 15 May 2020 17:30 (UTC +04:00)
ÜST dünya ölkələrində səhiyyə xərclərinin məbləğini hesablayıb

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri dünya ölkələrində səhiyyəyə xərclənən vəsaitin məbləğini hesablayıb.

Trend-in məlumatına görə, 2019-cu ildə dünyada anti-epidemioloji tədbirlərə 374 milyon dollar təşkil edib. 2020-ci ildə isə bu rəqəmin dəfələrlə artacağı gözlənilir.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, səhiyyə xərcləri ölkələr üzrə kəskin fərqlənir.

Belə ki, ABŞ, İsveçrə və Norveçdə adambaşı orta hesabla 8-9 min dollar xərclənirsə, Eritreya, Madaqaskar, Konqo Demokratik Respublikasında bu rəqəm 25 dolları keçmir.

Ümumi daxili məhsula nisbətdə tibbi xərclərə görə ABŞ liderlik edir. Bu ölkədə ÜDM-in 16,4 faizi səhiyyəyə xərclənir. Ən kiçik göstərici isə Venesuelada (2,2 faiz) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti