...

Moskvada koronavirusdan daha 71 nəfər ölüb

Dünya xəbərləri Materials 17 May 2020 02:49 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada koronavirus və əlaqəli xəstəlikləri olan daha 71 xəstə 24 saat ərzində ölüb
Moskvada koronavirusdan daha 71 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada koronavirus və əlaqəli xəstəlikləri olan daha 71 xəstə 24 saat ərzində ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Bildirilib ki, paytaxtda sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı testlərin müsbət çıxdığı 71 xəstə vəfat edib.

Ümumilikdə, Moskvada koronavirusa yoluxması təsdiq edilən 1 503 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti