...

Ukraynada karantin rejimi iyunun 22-dək uzadılıb

Dünya xəbərləri Materials 20 May 2020 16:32 (UTC +04:00)
Ukraynada karantin rejimi iyunun 22-dək uzadılıb

Bakı. Trend:

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi iyunun 22-dək uzadılıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.

Eyni zamanda, mayın 22-dən başlayaraq məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayacaq.

Belə ki, həmin tarixdən şəhərdaxili və şəhərətrafı ictimai nəqliyyatın işi bərpa olunacaq. Bundan başqa, ərazisindəki restoran və hovuzlar istisna olmaqla digər hotellər işə başlayacaq. İyunun 22-dən etibarən tamaşaçılar olmadan idman tədbirlərinin keçirilməsinə də icazə verilib.

Ölkə ərazisində hava limanlarının isə iyunun 15-dək işləməyəcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti