...

Yaponiyada yeni yoluxma hallarının sayı artıb

Dünya xəbərləri Materials 24 May 2020 20:42 (UTC +04:00)
Yaponiyada yeni yoluxma hallarının sayı artıb

Bakı. Trend:

Yaponiyada mayın 25-də nəzərdə tutulan təcili vəziyyət rejiminin tamamilə ləğv edilməsi fonunda koronavirusa yeni yoluxma hallarının sayında artım qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatında deyilib.

Belə ki, Yaponiya daxilində son sutkada ən azı 42 yeni yoluxma faktı, o cümlədən Tokioda 14 fakt aşkarlanıb. Orada ölkənin digər 5 vilayətində olduğu kimi, fövqəladə vəziyyət rejimi hələ də qüvvədədir. Diamond Princess kruiz gəmisinin sərnişinlərinin və ekipajının da daxil olduğu yoluxanların ümumi sayı 17 323 nəfərə çatıb.

Sutka ərzində ölənlərin sayı Tokioda 9 nəfər olmaqla 14 nəfər artıb və ümumi sayı 852 nəfər çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti