...

Koronavirus ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını sürətləndirib

Dünya xəbərləri Materials 27 May 2020 14:36 (UTC +04:00)
Koronavirus pandemiyası ilə əlaqədar ABŞ Əfqanıstandakı qoşunların sayını vaxtından əvvəl azaldacaq
Koronavirus ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını sürətləndirib

Bakı. Trend:

Koronavirus pandemiyası ilə əlaqədar ABŞ Əfqanıstandakı qoşunların sayını vaxtından əvvəl azaldacaq.

Trend-in məlumatına görə, iyunun əvvəlinədək qoşunların sayının 8,6 minədək azaldılması planlaşdırılır.

Qeyd edək ki, fevralın 29-da Qətərdə ABŞ və “Taliban” arasında əldə olunan razılaşmaya əsasən, iyulun əvvəlinədək Vaşinqton Əfqanıstandakı qoşunlarını 12-13 min nəfərdən 8,6 minədək azaltmalı idi.

Pandemiya nəticəsində həmin müddət irəli çəkilib.

Sazişə əsasən, ABŞ və koalisiya qüvvələri 2021-ci ilin mayınadək qoşunları Əfqanıstandan tamamilə çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti