...

Rusiyanın Xalq artisti koronavirusdan öldü

Dünya xəbərləri Materials 5 İyun 2020 16:42 (UTC +04:00)
Rusiyanın Xalq artisti koronavirusdan öldü

Bakı. Trend:

Ötən gün dünyasını dəyişən Rusiyanın Xalq artisti Mixail Kokşenovun ilkin ehtimal olaraq koronavirusdan öldüyü bildirilib.

Trend-in məlumatına görə, aktyorun ölümündən öncə koronavirus şübhəsi ilə bağlı xəstəxanada olduğu qeyd edilir.

Onun ölümü barədə ilk olaraq şairə Lyubov Voropayeva məlumat yayıb. Həyat yoldaşı daha sonra bu məlumatı təsdiq edib.

83 yaşında dünyasını dəyişən aktyor "Sportloto-62" filmindən tamaşaçıların yadında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti