...

ABŞ Almaniyadakı hərbçilərinin sayını azaldır

Dünya xəbərləri Materials 6 İyun 2020 01:21 (UTC +04:00)
ABŞ Almaniyadakı hərbçilərinin sayını azaldır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Pentaqona Almaniyadakı ABŞ hərbçilərinin sayını azaltmağı tapşırıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" qəzetinə hökumətdəki mənbələr bildirib.

Məlumata əsasən, sentyabr ayına qədər Almaniyadan 9,5 min ABŞ hərbçisi öz ölkəsinə qayıdacaq. Hazırda Almaniyada 34,5 min ABŞ hərbçisi var.

Qəzatin mənbələri bildiriblər ki, Almaniyada ABŞ həbrçilərinin sayının azaldılması barədə qərarı yaxın zamanda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen imzalayıb.

Mənbələrdən biri qeyd edib ki, D.Trampın administrasiyasında bu məsələ ötən ilin sentyabr ayından müzakirı olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti