...

Əfqanıstan hakimiyyəti ilə Taliban arasında danışıqlar Qətərdə keçiriləcək

Dünya xəbərləri Materials 7 İyun 2020 20:17 (UTC +04:00)
Əfqanıstan hakimiyyəti ilə Taliban arasında danışıqlar Qətərdə keçiriləcək

Bakı. Trend:

Əfqanıstan hakimiyyəti ilə Taliban hərəkatının nümayəndələri arasında ölkədəki vəziyyətin nizamlanması məqsədi ilə danşıqlar Qətərdə keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın televiziya kanalı "Tolo News" xəbər verib.

Bildirilir ki, hakimiyyət və Taliban arasında "iki əfqan tərəfi arasında danışıqların Qətərdə aparılacağını göstərən ilkin razılıq əldə edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti