...

"Apple" şirkətinin İspaniya, Türkiyə, BƏƏ və Fransadakı mağazaları açılır

Dünya xəbərləri Materials 8 İyun 2020 07:51 (UTC +04:00)
"Apple" şirkətinin İspaniya, Türkiyə, BƏƏ və Fransadakı mağazaları açılır

Bakı. Trend:

"Apple" şirkətinin İspaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransada koronavirus pandemiyası səbəbilə bağlanan mağazalarının bir neçəsi açılacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Apple Insider" portalı xəbər verir.

Portalın məlumatına əsasən, iyunun 8-də BƏƏ-də 3 mağazanın, İspaniyada 7 mağazanın, Türkiyənin İstanbul şəhərində isə 2 mağazanın açılması planlaşdırılır. Növbəti gün şirkət Fransada olan bütün 20 mağasının fəaliyyətini bərpa edəcək.

Bildirilir ki, Braziliya (2 mağaza), Meksika (2), Niderland (3), Sinqapur (2) və Böyük Britaniyadakı (38) mağazalar növbəti həftənin sonuna qədər açılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti