...

Şimali Koreya Cənubi Koreya ilə bütün əlaqələri dayandırdığını elan edib

Dünya xəbərləri Materials 9 İyun 2020 11:56 (UTC +04:00)
Şimali Koreya Cənubi Koreya ilə bütün əlaqələri dayandırdığını elan edib

Bakı. Trend:

Şimali Koreya Cənubi Koreya ilə bütün əlaqələri dayandırdığını elan edib.

Trend-in məlumatına görə, bu gün yerli vaxtla saat 12:00-dan etibarən ölkələr arasında telefon rabitəsi dayandırılıb.

Bundan başqa, hərbi kanallar vasitəsilə əlaqə, eləcə də iki ölkə liderləri arasında rabitə xətti də kəsilib.

Şimali Koreya hökuməti bu addımı Cənubi Koreya tərəfindən hava şarları ilə təbliğat vərəqələrinin səpələnməsinə cavab olaraq atdığını izah edib.

Qeyd edək ki, iki ölkənin müvafiq qurumları arasında rabitə 2018-ci ildə baş vermiş dialoqdan sonra təsis olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti