...

ABŞ-da Kolumbun heykəlləri sökülür (FOTO)

Dünya xəbərləri Materials 11 İyun 2020 05:11 (UTC +04:00)

Bakı. Trend:

Boston şəhər rəhbərliyi Xristofor Kolumbun (1451-1506) heykəlini vandalizm aktına məruz qaldıqdan sonra müvəqqəti sökmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu bəyanatla Bostonun meri Marti Uoş çıxış edib.

Corc Floydun ölümü ilə bağlı ölkəni bürüyən nümayişlərin iştirakçıları bir gün əvvəl Bostonun Nord-End bölgəsində qurulmuş Kolumbun heykəlinin başını qırıblar. Nümayişçilər bu yolla rasizmə qarşı etirazını bildirmək istəyiblər. Hadisə polis tərəfindən araşdırılır.

Eyni zamanda, 10 iyun gecə Virdjiniya ştatının Riçmond şəhərindəki Kolumbun heykəlini tam yerindən qoparılaraq çaya atılıb. Etiraz aksiyalarının iştirakçıları bunu, Xristofor Kolumbun ABŞ-da və bir sıra başqa ölkələrdə işğalçı və qatil kimi tanınması ilə əlaqələndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti