...

Çin okeanı izləmək üçün "Haiyang-1D" mülki peyk buraxıb

Dünya xəbərləri Materials 11 İyun 2020 08:49 (UTC +04:00)
Çin okeanı izləmək üçün "Haiyang-1D" mülki peyk buraxıb

Bakı. Trend:

Çin iyunun 10-da okean resurslarını və təhlükə törədə biləcək təbii fəlakətlərin izlənilməsi üçün Haiyang-1D mülki peykinin uğurla buraxılışını edib.

Trend-in məlumatına görə, bu barədə Çinin aerokosmik elm və texnika korporasiyası xəbər verib.

Təşkilatın "WeChats" sosial şəbəkəsində qeyd etdiyi kimi, buraxılış yerli vaxtla 02:31-də (10 iyun 22:31 GMT+4) "Çançjen-2C" raketdaşıyıcısın vasitəsi ilə Tayuan kosmodromundan həyata keçirilib.

"Haiyang-1D"nin müxtəlif ekoloji, kənd təsərrüfatı və nəqliyyat layihələrinin həyata keçirilməsində istifadə ediləcəyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti