...

Tailandda komendant saatı ləğv olunur

Dünya xəbərləri Materials 12 İyun 2020 10:59 (UTC +04:00)

Bakı. Trend:

Tailandda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş komendant saatı ləğv olunur.

Trend-in məlumatına görə, bu qərar ölkə ərazisində iyunun 15-dən qüvvəyə minəcək.

Bundan başqa, uşaq bağçaları, beynəlxalq məktəblər və digər qeyri-dövlət tədris müəssisələri açılır. Konfrans, konsert və sərgilərin keçirilməsinə də icazə verilir.

Eyni zamanda, beynəlxalq uçuşların qadağası bəzi istisnalarla iyunun 30-dək qüvvədə qalacaq.

Qeyd edək ki, bu günədək Tailandda 3 129 nəfər koronavirusa yoluxub, 58 nəfər ölüb. Hazırda 84 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti