...

Türkiyədə koronavirusdan sağalanların sayı 150 min nəfəri ötüb

Dünya xəbərləri Materials 13 İyun 2020 21:41 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 150 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 14 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 792 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 459 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 176 677 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 985 nəfər olmaqla 150 087 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 45 092 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti