...

Böyük Britaniya koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir

Dünya xəbərləri Materials 15 İyun 2020 06:25 (UTC +04:00)
Böyük Britaniya koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusdan 36 nəfər dünyasını dəyişib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, ötən sutka qeydə alınan göstəricilər ölüm hallarının sayının rekord səviyyədə aşağı düşdüyünü göstərir.

Bildirilir ki, ötən sutka 1 514 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 295 889 nəfərə çatıb.

Məlumata əsasən, koronavirusa yoluxanlardan 41 698 nəfəri vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti