...

Yaponiyada kruiz gəmisi yanır

Dünya xəbərləri Materials 16 İyun 2020 09:58 (UTC +04:00)
Yaponiyada kruiz gəmisi yanır

Bakı. Trend:

Yaponiyada kruiz gəmisində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın Tokionun yaxınlığındakı İokoqama limanında dayanmış "Asuka-2" gəmisində qeydə alınıb.

Yanğının gəminin yuxarı kayutunda başladığı qeyd edilir. Hazırda yanğının qarşısının alınması istiqamətində iş aparılır.

Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir, belə ki, gəmi aprelin 1-dən limanda boş dayanıbmış.

Ümumilikdə isə gəmidə 436 nəfərlik sərnişin kayutu mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti