...

Braziliyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 20 İyun 2020 03:35 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 54 771 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 1 032 913 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 1 206 nəfər ölüb, koronavirusdan ölənlərin sayı 48 954 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 507 200 nəfəri sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti