...

Rusiyada koronavirusa yoluxanların sayı 600 min nəfəri keçib

Dünya xəbərləri Materials 24 İyun 2020 14:46 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 600 min nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 7 176 nəfər virusa yoluxub, 154 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 606 881 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 513 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 368 822 nəfər virusdan sağalıb, 229 546 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti