...

Braziliyada bir gündə koronavirusa 42 mindən artıq insan yoluxub

Dünya xəbərləri Materials 25 İyun 2020 04:01 (UTC +04:00)
Braziliyada bir gündə koronavirusa 42 mindən artıq insan yoluxub

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 42 725 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi statistikasında deyilir.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 188 631 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində 1 185 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 53 830 nəfər təşkil edir.

Qeyd edilir ki, koronavirusa yoluxanlardan 649 908 nəfər artıq sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti