Bakı. Trend:
Türkiyə İraqa yeni növ koronavirusa qarşı mübarizə üçün tibbi yardım göndərib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tibbi yardıma əlcəklər, qoruyucu kombinezonlar, maskalar, həmçinin süni tənəffüs cihazları daxildir.
Qeyd edilir ki, tibbi yardım ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında göndərilib.