...

Hindistanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 4 İyul 2020 13:28 (UTC +04:00)
Hindistanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Bakı. Trend:

Hindistanda son sutka ərzində 22 771 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, ölkədə bu günədək yoluxma sayına görə rekord olub.

Hinistanda bu günədək virusa yoluxanların sayı 648 315 nəfərə çatıb. Onlardan 18 655 nəfəri vəfat edib. Son sutka ərzində 442 nəfərin ölümü qeydə alınıb.

Bu günədək sağalanların sayı 394 227, müalicəni davam etdirənlərin sayı 235 433 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti