...

Texasda sutkada koronavirusa yoluxanların sayı ən yüksək göstəriciyə çatıb

Dünya xəbərləri Materials 15 İyul 2020 04:37 (UTC +04:00)
Texasda sutkada koronavirusa yoluxanların sayı ən yüksək göstəriciyə çatıb

Bakı. Trend:

ABŞ-ın Texas ştatında sutkada koronavirusa yoluxanların sayı ən yüksək göstəriciyə çatıb.

Trend-in məlumaına görə, bu barədə dövlət səhiyyə və sosial təminat idarəsi öz saytında məlumat verib.

Bildirilib ki, 14 iyulda Texasda 10 745 yeni yoluxma halı təsdiqlənib. Ştatda əvvəlki rekord 11 iyulda qeydə alınıb, sutka ərzində 10 351 hal aşkar edilib.

Ümumilikdə ştatda 275 mindən çox koronavirusun yaratdığı xəstəlik halları qeydə alınıb. Ölənlərin sayı 3 322-yə çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti