...

ABŞ-da sutkada 67 mindən çox insan koronavirusa yoluxub

Dünya xəbərləri Materials 17 İyul 2020 06:40 (UTC +04:00)
ABŞ-da sutkada 67 mindən çox insan koronavirusa yoluxub

Bakı. Trend:

ABŞ-da sutka ərzində aşkar edilən yeni koronavirusa yoluxma hallarının sayı rekord həddə çatdı və 67 mini keçib.

Trend-in məlumatına görə, bu barədə Con Hopkins Universitetinin saytında yerləşdirilən məlumatda bildirilib.

Məlumata əsasən, ABŞ-da 15 iyulda 67,3 min koronavirusa yoluxma halı, 14 iyulda isə 67,4 min yoluxma halı təsdiqlənib.

Son həftələrdə Florida, Arizona, Texas və Kaliforniya da daxil olmaqla ABŞ-ın bir neçə ştatında Rekord xəstələnmə göstəricləri qeydə alınıb.

Bununla əlaqədar, yerli hakimiyyət orqanları sanitariya məhdudiyyətlərinin yüngülləşdirilməsi və ya ləğv edilməsi prosesini dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti