...

Suriyada parlament seçkiləri keçirilir

Dünya xəbərləri Materials 19 İyul 2020 11:30 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın ali qanunverici orqanı olan Milli şuraya seçkilər keçirilir.

Trend-in məlumatına görə, daha əvvəl apreldə keçirilməsi planlaşdırılan seçkilərin koronavirus səbəbindən təxirə salındı.

Xatırladaq ki, Suriya parlamentinə 250 deputat seçilir. Parlament seçkiləri dörd ildə bir dəfə keçirilir.

Ölkə üzrə 7.3 min seçki məntəqələri səhər saat 08:00-da fəaliyyətlərinə başlayıblar.

2016 seçkilərindən sonra parlamentdəki yerlərin əksəriyyəti "Baas" partiyasının rəhbərlik etdiyi "Milli Mütərəqqi Cəbhəsi"nə məxsusdur. Bu partiyaya Suriya prezidenti Bəşər Əsəd başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti