...

Türkiyədə kafe və restoranların iş qrafiki dəyişdirildi

Dünya xəbərləri Materials 21 İyul 2020 13:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə kafe və restoranların iş qrafikinə dəyişiklik edilib.

Trend-in məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyi qərarı 81 vilayətin rəhbərlərinə göndərib. Qərarda obyektlərin işləməli olduğu prinsiplər ayrı-ayrı göstərilib. Qərara görə, pandemiya ilə mübarizə əsas götürülərək, sosial məsafə, maskadan istifadə, gigiyenik qaydalara əməl olunmalıdır.

Əlavə olaraq, obyektlərə artan tələbatı nəzərə alaraq iş saatı 00:00-a qədər uzadılıb.

Qeyd edək ki, ilk qərarda kafe və restoranların 22:00-a qədər işləməsi nəzərdə tutulmuşdu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti