...

Dünyada 15 milyondan çox insan koronavirusa yoluxub

Dünya xəbərləri Materials 22 İyul 2020 23:02 (UTC +04:00)
Dünyada 15 milyondan çox insan koronavirusa yoluxub

Bakı. Trend:

Dünyada yeni növ koronavirus ilə yoluxma hallarının sayı 15 milyonu keçib.

Trend-in məlumatına görə, bunu beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan ABŞ-ın Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, 15 000 424 nəfər koronavirusa yoluxub, onlardan 617 832 nəfər ölüb.

Ən çox yoluxma halları ABŞ (3 915 780), Braziliya (2 159 654) və Hindistanda (1 193 078) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti