...

İspaniyada ictimai yerdə maska taxmaq yenidən zəruriləşdi

Dünya xəbərləri Materials 28 İyul 2020 16:54 (UTC +04:00)
İspaniyada ictimai yerdə maska taxmaq yenidən zəruriləşdi

Bakı. Trend:

İspaniyanın paytaxtı Madriddə ictimai məkanda maska taxmaq zəruriləşdirilir.

Trend-in məlumatına görə, şəhər rəhbərliyi bu qərarı koronavirusa yoluxmanın təkrar artmasının qarşısının alınması məqsədilə qəbul edib.

Bundan başqa, paytaxtda restoran, kafe və barların saat 01:00-da bağlanması qərarı verilib.

Madridin əsas hava limanında da nəzarətin gücləndiriləcəyi bildirilib.

Qeyd edək ki, son günlərdə İspaniyanın bəzi regionlarında virusa yoluxma halları artmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti