...

Ermənistanda koronavirusa yoluxanların sayı 38 min nəfərə çatır

Dünya xəbərləri Materials 29 İyul 2020 11:22 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 37 937 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 308 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 723 nəfər koronavirusdan ölüb, 9 390 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti