...

Gürcüstanda koronavirusa yoluxanların sayı artır

Dünya xəbərləri Materials 29 İyul 2020 10:51 (UTC +04:00)
Gürcüstanda koronavirusa yoluxanların sayı artır

Bakı. Trend:

Gürcüstanda koronavirusa yoluxanların sayı artmağa başlayıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 10 yeni yoluxma qeydə alınıb. Son 3 gün ərzində yoluxanların sayı 24 nəfər artıb.

Bu günədək Gürcüstanda 1 155 nəfər koronavirusa yoluxub, 16 nəfər həyatını itirib.

Qeyd edək ki, Gürcüstan ötən ayın sonunda və bu ayın əvvəlində karantin tədbirlərini aradan qaldırmış, beynəlxalq sərhədləri açmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti