...

Bolqarıstanın Gənclər və İdman naziri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 23 Avqust 2020 23:24 (UTC +04:00)
Bolqarıstanın Gənclər və İdman naziri koronavirusa yoluxub

Bakı. Trend:

Bolqarıstan Gənclər və İdman Nazirliyinin rəhbəri Krassen Kralev koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidməti bildirib.

Bildirilib ki, Nazirin vəziyyəti yaxşıdır, yüngül simptomları var və xəstəxana nəzarətinə ehtiyac duymur. O evdə karantində olacaq.

Rəsmi məlumatlara görə, Bolqarıstanda pandemiya başlayandan bəri 15 227 nəfər xəstələnib, 545 yoluxan xəstə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti