...

Rusiyada koronavirusa yoluxmada artım qeydə alınıb

Dünya xəbərləri Materials 31 Avqust 2020 12:15 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxmada artım qeydə alınıb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 995 min nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 4 993 nəfər virusa yoluxub, 83 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 995 319 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 176 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 809 387 nəfər virusdan sağalıb, 168 756 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti