Bakı. Trend:
Roma papası I Fransisk 26 həftədən sonra ilk dəfə kütlə qarşısında çıxış edib.
Trend-in məlumatına görə, o, sosial məsafə qaydalarına əməl etməklə toplanan 500-ə yaxın ziyarətçini salamlayıb, orada olan uşaqlara uzaqdan xeyir-dua verib.
Bundan başqa, Roma papası Livan bayrağını öpüb.
Tədbir Vatikanın San Damaso meydanında keçirilib.
I Fransisk sonuncu dəfə martın əvvəlində kütlə qarşısında çıxış etmişdi.