...

Malidə terrorla mübarizə missiyası zamanı iki Fransa hərbçisi həlak olub

Dünya xəbərləri Materials 6 Sentyabr 2020 04:41 (UTC +04:00)
Malidə terrorla mübarizə missiyası zamanı iki Fransa hərbçisi həlak olub

Bakı. Trend:

Malidə terror qruplaşmalarına qarşı mübarizə əməliyyatı zamanı iki Fransa hərbi qulluqçusu həlak olub.

Trend-in məlumatına görə, bu barədə Elisey sarayı xəbər verib.

Məlumatda qeyd edilib: "Respublika prezidenti [Emmanuel Makron] bu səhər Tesalitdə əməliyyatı zamanı iki Fransalı hərbçinin ölümü barədə xəbəri böyük həyacanla alıb".

Vurğulanıb ki, hərbçilər Saheldə terrorizmlə mübarizə missiyasını icrası zamanı Fransa uğrunda həlak olublar.

Məlumata əsasən, Fransa prezidenti ailələrinə, yaxınlarına və silah qardaşlarına başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti