...

Çinin orbital modulu uğurla Yerə qayıdıb

Dünya xəbərləri Materials 6 Sentyabr 2020 12:59 (UTC +04:00)
Çinin orbital modulu uğurla Yerə qayıdıb

Bakı. Trend:

Çinin təkrar istifadə edilə bilən orbital modulu uğurla Yerə enib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Global Times" qəzeti xəbər verir.

ÇXR-də bu uğurlu əməliyyat təkrar istifadə edilə bilən kosmik gəmilərin inkişafında mühüm irəlləyiş kimi qiymətləndirilir. Modulun kosmosda sülh çərçivəsində tədqiqatlar üçün nəzərdə tutulduğu qeyd edilir.

Kosmik gəminin buraxılışı Tzützüan kosmodromundan (Qansu əyaləti) və Şanqjenq-2F raket vasitəsindən istifadə edilərək həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti