...

Gürcüstanda koronavirusa yoluxma halları artır

Dünya xəbərləri Materials 11 Sentyabr 2020 10:46 (UTC +04:00)
Gürcüstanda koronavirusa yoluxma halları artır

Bakı. Trend:

Gürcüstanda koronavirusa yoluxma halları artmaqda davam edir.

Trend-in məlumatına görə, son sutka ərzində ölkə ərazisində 87 nəfər virusa yoluxub. Bu, pandemiya başlayandan Gürcüstanda qeydə alınan ən yüksək göstərici olub.

Bu günədək ölkədə yoluxanların sayı 1 917 nəfərə çatıb.

Onlardan 19 nəfəri həyatını itirib. 544 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti